E-qaimə hazırlığı
Faktura göndərilməzdən əvvəl yoxlanılır: çatışmayan rekvizit adı ilə görünür, nömrə uçotu və növbə isə bir siyahıdadır.
Rədd cavabının səbəbini axtarmaq
Mühasib bu gün fakturanı portala əl ilə köçürür. Rədd cavabı gələndə səbəbi axtarır - adətən VÖEN doldurulmayıb və ya vergi düzgün seçilməyib.
Ən çox vaxt aparan hissə göndərmə deyil, həmin səhvin tapılmasıdır. Modul onu göndərməzdən ƏVVƏL siyahıda göstərir: «Şirkətin VÖEN-i doldurulmayıb» kimi, adı ilə.
Nə edir, nə etmir
Edir: hazırlıq yoxlaması, növbə, nömrə uçotu. Hazır və hazır olmayan qaimələr bir siyahıdadır, səhv isə portalda deyil, sistemin özündə tutulur.
Etmir: portala göndərmir. Bunun üçün üç şey lazımdır və heç biri təxmin edilə bilməz - portalın rəsmi spesifikasiyası, şirkətin elektron imza sertifikatı və portalda qeydiyyat. Təxminlə yazılmış inteqrasiya heç nə yazmamaqdan pisdir: o, işləyir kimi görünür və səssizcə səhv göndərir.
Modulun bölmələri
Sistemdə bu modul aşağıdakı bəndləri açır.
Bağlı modullar
Nüvə
Bütün modulların dayandığı təməl: hədəflər, siqnallar, göstərici anbarı və icazə qrupları - heç bir sahəyə bağlı olmadan.
Azərbaycan lokalizasiyası
Hesablar planı, ƏDV, VÖEN, mənfəət və sadələşdirilmiş vergi, ödəmə mənbəyində tutulma - sonradan uyğunlaşdırılan deyil, hazır.
Maliyyə hesabatları
11 hazır hesabat - dövriyyə cədvəlindən audit izinə qədər, Azərbaycan hesab kodları ilə və hər birində fərq yoxlaması.
Ən çox soruşulan
İnteqrasiya nə vaxt olacaq?
Rəsmi spesifikasiya və sertifikat olan kimi. Hazırlıq qatı artıq qurulub, yəni əlavə olunacaq yalnız göndərmə addımıdır.
Bu modulu öz məlumatınızla görün
Demo bazası real sənədlərlə doludur - maket deyil. Sorğu göndərin, sizin ssenarinizlə göstərək.