İstehsal
Resept (BOM), istehsal sifarişi, əməliyyatlar və hazır məhsulun buraxılışı.
İstehsal - əsas paketdə
Məhsulun tərkibi və mərhələləri təsvir olunur; istehsal sifarişi material sərfini anbardan çıxarır, hazır məhsulu anbara salır.
Maya dəyəri material, əmək və dolayı xərcdən yığılır - hesabat «nə qədər xərclədik» sualına sənədlə cavab verir.
Fərq bizim tərəfimizdədir
ERPONA dəri emalı üçün partiya mərhələlərini, sex planşet tətbiqini, laboratoriya sınaqlarını və m² üzrə çıxım hesabını gətirir.
Dəri sektoru
Xam dəri qəbulundan bitmiş partiyaya qədər: çeşidləmə, emal mərhələləri, marşrut vərəqi və keyfiyyət xərcləri.
Sex tətbiqi
Planşet üçün sex ekranı: üç böyük düymə, məcburi dayanma səbəbi və avtomatik vaxt uçotu.
Laboratoriya
Test kataloqu, nümunə və nəticə - hədd aşılanda partiya növbəti mərhələyə keçmir.
Planlaşdırma
Satış planı istehsal planını, istehsal planı isə satınalma planını törədir - üçü bir-birinə bağlıdır.
Öz məlumatınızla görün
Demo bazası real sənədlərlə doludur - maket deyil. Sorğu göndərin, sizin ssenarinizlə göstərək.