ERPONA
Əməliyyat və anbar

Satınalma (AZ)

Sifariş, qəbul və faktura bir-birini yoxlayır; təchizatçının VÖEN-i, alış aktı və nağd hədd sənəd yazılmamışdan əvvəl işə düşür.

Problem

Alış tərəfi çox vaxt satış tərəfindən zəif qurulur

Şirkətlər satışa nəzarəti erkən qurur - müqavilə, VÖEN, kredit limiti, e-qaimə. Alış tərəfi isə uzun müddət «faktura gəldi, yazdıq» səviyyəsində qalır.

Nəticə yoxlamada üzə çıxır: VÖEN-siz tərəfdaşın fakturasında ƏDV əvəzləşmir və xərc çıxarılır; fiziki şəxsdən alınan mal elektron alış aktı olmadan sənədsiz sayılır; sifarişdə 100 kq razılaşıb 96 kq qəbul edəndə faktura yenə 100 kq-a gəlir və fərqi heç kim tutmur.

Bu üç səhvin ortaq cəhəti odur ki, hər biri sənəd YAZILANDAN sonra bahalaşır. Yazılana qədər isə bir yoxlama məsələsidir.

Necə işləyir

Qayda sənədin qarşısında dayanır

Rezident hüquqi şəxsin VÖEN-i yoxdursa, alış fakturası təsdiqlənmir. VÖEN-siz fiziki şəxsdən mal alınırsa, sistem elektron alış aktının nömrəsini və satıcının FİN-ini tələb edir; həmin mal qanunun nağd icazə verdiyi siyahıda deyilsə, kassadan ödəniş bağlanır.

Üç-tərəfli uzlaşma sifariş, qəbul və fakturanı yan-yana qoyur: fakturadakı miqdar qəbuldan çox ola bilməz, qiymət isə sifarişdən yalnız icazə verilən faiz qədər fərqlənə bilər. Rejim şirkət kartındadır - xəbərdarlıq və ya blok.

İri öhdəlik ikinci imza istəyir: təyin olunmuş məbləğdən yuxarı sifariş direktor təsdiqi olmadan təchizatçıya getmir.

İdxalda gömrük bəyannaməsi buraxılanda idxal ƏDV-si ayrıca yazılır, rüsum, broker və daşıma isə qəbula maya dəyəri kimi paylanır - yəni malın həqiqi dəyəri anbarda görünür, xərc hesabında yox.

Təchizatçı kartında vaxtında çatdırma faizi, qaytarma payı və qiymət dəyişkənliyi ölçülür; bunlardan A/B/C qiymətləndirməsi çıxır. Eyni tələbə gələn təkliflər isə bir cədvəldə müqayisə olunur və seçimin səbəbi sənədə yazılır.

Ekranlar

Modulun bölmələri

Sistemdə bu modul aşağıdakı bəndləri açır.

Satınalma Panel Təchizatçılar Müqavilələr Qəbul və faktura Qəbullar Fakturalanacaq qəbullar Üç-tərəfli uzlaşma Yüklənmiş xərclər İdxal Büdcə ↔ sifarişlər Təchizatçı qiymətləndirməsi
Sual-cavab

Ən çox soruşulan

Təchizatçımızın VÖEN-i yoxdursa nə olacaq?

Rejim şirkət kartında seçilir: söndürülmüş, xəbərdarlıq və ya blok. Blok rejimində faktura təsdiqlənmir - çünki o fakturada ƏDV əvəzləşmir və xərc yoxlamada çıxarılır. Fiziki şəxs üçün ayrıca yol var: elektron alış aktı.

Qəbulla faktura arasındakı fərq həmişə səhvdir?

Xeyr. Ona görə tolerans var: qiymət fərqi icazə verilən faiz daxilindədirsə, sənəd keçir. Miqdar isə qəbuldan çox ola bilməz - o, artıq ödəniş deməkdir.

Sifarişsiz gələn fakturalar nə olur?

Onlar bloklanmır. Uzlaşma yalnız sifariş sətrinə bağlı fakturalarda işləyir; qalanları həmişəki kimi yazılır və «sifarişsiz» kimi görünür.

Bu modulu öz məlumatınızla görün

Demo bazası real sənədlərlə doludur - maket deyil. Sorğu göndərin, sizin ssenarinizlə göstərək.