ERPONA
ERP + CRM · süni intellekt köməkçisi ilə

Bütün biznes bir sistemdə. Azərbaycan qaydaları ilə.

Uçot və anbardan satış hunisinə, kadr, sənəd və analitikaya qədər - hamısı ayrı-ayrı proqramlarda deyil, bir bazada işləyir. ƏDV, VÖEN, DSMF, e-qaimə və gömrük hazırdır, sonradan «uyğunlaşdırılan» deyil.

Sənədlər portalı açıqdır - almazdan əvvəl sistemin necə işlədiyini oxumaq olar. 30 günlük sınaq bazası da mümkündür - demo sorğusunda yazın.

Kassa orderləri ekranı: qaralama, təsdiq gözləyən və təsdiqlənmiş orderlər bir siyahıda, məbləğ və hesab kodu ilə
Canlı sistemdən çəkilmiş ekran - maket deyil. Rəqəmlər nümayiş bazasındandır, ekranın özü müştəridə eynidir. Dörd ekranın hamısı →
28universal modul - reyestrdən sayılır
11hazır maliyyə hesabatı, AZ hesab kodları ilə
3interfeys dili: AZ / EN / RU
0xarici sorğu - izləyici, şrift, analitika yoxdur
Kimin işi

Sizin işiniz burada necə görünür

Sistemi rol seçir, modul yox. Aşağıdan öz işinizi seçin - həmin adamın gündəlik ekranları və sənədləri açılır.

Süni intellekt

Sual verirsiniz - cavab sistemin öz məlumatından gəlir

Yüzlərlə menyu və ekranı olan sistemdə istifadəçinin sualı həmişə üç formadadır: harada, bu nədir, necə edim. ERPONA köməkçisi bu üç suala cavab verir - və heç birində uydurmur.

  1. Faktı sistem tapır

    İndeks canlı metadatadan qurulur: ekran adı, ünvan, prosedur addımları. Yeni modul əlavə olunanda köməkçi onu özü bilir.

  2. Dil modeli cümləni qurur

    Fakt yaratmır. Cavabdakı hər rəqəm və hər ünvan faktların içində olmalıdır - olmasa, cavab atılır və sistemin öz mətni gedir.

  3. Yalnız oxuyur

    Köməkçi sənəd yaratmır, dəyişmir və rəqəm hesablamır. Söhbətdən yazılış təsdiqləmək yolu qəsdən bağlıdır.

Mexanizmi gör Köməkçi modulu →

Niyə ERPONA

Beynəlxalq sistemlər Azərbaycan uçotunu bilmir

Xarici sistem alınır, sonra aylarla DSMF, e-qaimə və VÖEN üçün fərdi işləmə sifariş olunur. ERPONA bunları nüvədə gətirir.

01

Lokalizasiya hazırdır

Hesablar planı, ƏDV, VÖEN, faktura şablonu, gəlir vergisi və DSMF dərəcələri, e-qaimə hazırlığı, gömrük bəyannaməsi və XİF ƏN - sistemin öz modullarıdır.

02

Nüvə sektorsuzdur

Maliyyə, anbar, kadr və satış hər biznesdə eyni işləyir. Sahəyə xas hissə ayrıca paketdir - onu quraşdırmayan şirkət artıq menyu görmür.

03

Bir dəfə yazılır, hesabata özü düşür

Anbarda və ya sexdə qeydə alınan hərəkət maya dəyərinə, oradan mənfəət-zərər hesabatına düşür. Aralıqda əl ilə köçürmə yoxdur.

04

Üç dil, bir interfeys

Anbardar azərbaycanca, xarici alıcı ingiliscə, tərəfdaş rusca işləyir. Tərcümə interfeysin özündə idarə olunur.

05

Öz hesabatını özün qur

Hesabat konstruktoru (1C СКД analoqu) ilə istifadəçi öz kəsimini qurub saxlayır - hər sorğu üçün proqramçı gözlənilmir.

06

Sənədlər portalı açıqdır

Hər ekran üçün AZ dilində sənəd və real interfeys şəkilləri docs.erpona.app-dadır. Təlim satışdan sonra başlamır.

Necə görünür

Konsept şəkli deyil - işləyən sistemin ekranları

Aşağıdakı dörd görüntü canlı ERPONA-dan çəkilib. Rəqəmlər nümayiş bazasındandır, ekranlar isə müştəridə eynidir.

E-qaimə növbəsi və hazırlıq problemləri

Faktura e-qaiməyə göndərilməzdən əvvəl sistem onu yoxlayır və çatışmayan məlumatı ADI ilə göstərir - «VÖEN doldurulmayıb» kimi. Səhv portalda yox, sistemin özündə tutulur.

  • Hazır və hazır olmayan qaimələr bir siyahıda
  • Hər sətir üçün konkret problem izahı
  • Nömrə uçotu və növbənin vəziyyəti
ERPONA-da e-qaimə növbəsi: hazırlıq problemləri sütunu ilə

E-qaimə növbəsi · nümayiş bazası

Azərbaycan hesablar planı ilə balans

Balans, mənfəət-zərər, dövriyyə cədvəli və baş kitab AZ hesab kodları ilə qurulur - 111100, 211100, 533100. Xarici plan «uyğunlaşdırılmır», elə əvvəldən yerlidir.

  • Balans və mənfəət-zərər hesabatı
  • Dövriyyə cədvəli, baş kitab, yaşlandırma
  • Yalnız təsdiqlənmiş yazılışlar süzgəci
  • CSV ixracı
ERPONA-da balans hesabatı, Azərbaycan hesablar planının kodları ilə

Balans hesabatı · nümayiş bazası

Ay bağlanışı: siyahı, yoxlama, kilid

Dövrün bağlanması yaddaşdan getmir. Sistem addımları sadalayır, hansının bitmədiyini göstərir və dövr kilidlənməmiş bağlanmır - «neçənci addımda qaldıq» sualı aradan qalxır.

  • Bloklayan addımların sayı gözlə görünür
  • Amortizasiya, bank çıxarışı, məzənnə, inventar, ƏDV
  • Dövrün kilidlənməsi və ayın bağlanması
ERPONA-da ay bağlanışı ekranı: addımlar və bloklayan yoxlamalar

Ay bağlanışı · nümayiş bazası

Kassa orderləri - qaralamadan təsdiqə

Mədaxil və məxaric orderi öz nömrəsi, əsası və vəziyyəti ilə yazılır. Təsdiqlənən order baş kitaba düşür; qaralama isə hesabata təsir etmir.

  • Mədaxil / məxaric, qarşı tərəf, əsas
  • Qaralama və təsdiqlənmiş vəziyyətlər
  • Avans hesabatı və təhtəl hesab ilə bağlılıq
ERPONA-da kassa orderlərinin siyahısı

Kassa orderləri · nümayiş bazası

Hər ekran üçün addım-addım sənəd və daha çox görüntü docs.erpona.app-dadır.

Universal modullar

28 modul - sahədən asılı olmayan hissə

Bunlar zavodda da, mağazada da, xidmət şirkətində də eyni işləyir. Hamısını almaq məcburi deyil.

BrendNüvə və interfeysİnterfeys sizin brendinizlə: ad, loqo, rənglər, e-poçt altlığı və giriş ekranı. Dil və tərcüməNüvə və interfeysÜç dil - Azərbaycan, ingilis, rus - və müştərinin öz terminlərini interfeysə yazması. Hesabat konstruktoruNüvə və interfeysHazır hesabat kifayət etmirsə, kəsimi özünüz qurursunuz: mənbə, süzgəc, qruplaşdırma və ölçülər - adla saxlanılır. KöməkçiNüvə və interfeysSöhbətdə soruşursunuz - köməkçi ekranı tapır, termini izah edir və proseduru addım-addım göstərir. Bilmədiyini «bilmirəm» deyir. NüvəNüvə və interfeysBütün modulların dayandığı təməl: hədəflər, siqnallar, göstərici anbarı və icazə qrupları - heç bir sahəyə bağlı olmadan. SənədlərNüvə və interfeysMüqavilə, sertifikat və protokol aid olduğu qeydin yanında - versiyası, müzakirəsi və xarici paylaşımı ilə. Vahid giriş və provisioningNüvə və interfeysKimlik provayderi ilə giriş və rolun avtomatik verilməsi - işə qəbul və işdən çıxma bir yerdən idarə olunur. İnterfeysNüvə və interfeysİcmal ekranı, qrafik kitabxanası və illik müqayisə - bir çərçivədə, hər modul üçün eyni. E-qaimə hazırlığıMaliyyə və uçotFaktura göndərilməzdən əvvəl yoxlanılır: çatışmayan rekvizit adı ilə görünür, nömrə uçotu və növbə isə bir siyahıdadır. Maliyyə hesabatlarıMaliyyə və uçot11 hazır hesabat - dövriyyə cədvəlindən audit izinə qədər, Azərbaycan hesab kodları ilə və hər birində fərq yoxlaması. Maliyyə və portfelMaliyyə və uçotKassa, avans, xərc sorğusu, büdcə, valyuta, dövr bağlanışı və sifariş portfeli - maliyyəçinin gündəlik işi bir bölmədə. Əsas vəsaitlər və amortizasiyaMaliyyə və uçotAmortizasiya cədvəli, baş kitaba avtomatik yazılış və yenidənqiymətləndirmə - iki üsul, bir mənbə. Azərbaycan lokalizasiyasıAZ lokalizasiyasıHesablar planı, ƏDV, VÖEN, mənfəət və sadələşdirilmiş vergi, ödəmə mənbəyində tutulma - sonradan uyğunlaşdırılan deyil, hazır. Gömrük və idxalAZ lokalizasiyasıİdxal bəyannaməsi, dəhliz, XİF ƏN kodu, rüsum və ƏDV - malın gəlişi ilə istehsal planı arasındakı boşluq bağlanır. Tender monitorinqiAZ lokalizasiyasıDövlət satınalma elanları, satınalma planları və nəticə analizi - «niyə uduzduq» sualının cavabı ilə. Əmək haqqıAZ lokalizasiyasıGəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta - pilləli dərəcə cədvəli, bir hesablaşma, bir mühasibat yazılışı. Anbar görünüşləriƏməliyyat və anbarAnbardar üçün üç ekran: qəbul, buraxılış, inventarizasiya. Doldurulmayan sahələr yoxdur. Avadanlığın təmiriƏməliyyat və anbarAvadanlıq, profilaktika qrafiki və dayanmanın saatlıq qiyməti - təmir mübahisəsi rəqəmə çevrilir. Ekologiya və LWGƏməliyyat və anbarm² başına su və enerji, xrom bərpası, axıntı göstəriciləri və sertifikat bal cədvəli. LaboratoriyaƏməliyyat və anbarTest kataloqu, nümunə və nəticə - hədd aşılanda partiya növbəti mərhələyə keçmir. PlanlaşdırmaƏməliyyat və anbarSatış planı istehsal planını, istehsal planı isə satınalma planını törədir - üçü bir-birinə bağlıdır. SatınalmaƏməliyyat və anbarSifariş, qəbul və faktura bir-birini yoxlayır; təchizatçının VÖEN-i, alış aktı və nağd hədd sənəd yazılmamışdan əvvəl işə düşür. Sex tətbiqiƏməliyyat və anbarPlanşet üçün sex ekranı: üç böyük düymə, məcburi dayanma səbəbi və avtomatik vaxt uçotu. Dəri sektoruSatış və müştəriXam dəri qəbulundan bitmiş partiyaya qədər: çeşidləmə, emal mərhələləri, marşrut vərəqi və keyfiyyət xərcləri. MağazaSatış və müştəriMağaza satışı, istilik xəritəsi, loyallıq kartı və istehsala siqnal - şəbəkə bir bölmədə. Sorğular və satış hunisiSatış və müştəriSatış hunisi, itirilmə səbəbləri, mənbə analizi - və ən vacibi, ilk cavab müddəti. İxrac kanallarıSatış və müştəriÖlkə üzrə vahid qiymət, yatmış idxalçılar və sərgiyə xərclənən pulun qayıtması. KadrKadrDavamiyyət, kadr axıcılığı və əməyin təhlükəsizliyi göstəriciləri - hadisə qeydi ilə birlikdə.
Sektor paketi

Universal nüvə + sizin sahənizin paketi

Hər sahənin öz uçot vahidi, öz mərhələləri və öz hesabatı var. ERPONA bunu nüvəyə qarışdırmır: sahəyə xas ekranlar ayrıca paketdə gəlir və bir əmrlə quraşdırılır.

Nüvə

Hər biznesdə eyni

Maliyyə, anbar, satış, kadr, AZ lokalizasiyası, hesabat konstruktoru, rollar və dillər. Bu hissə sahəyə görə dəyişmir.

Paket

Sahəyə xas hissə

Xammal qəbulu, çeşidləmə, istehsal mərhələləri, keyfiyyət meyarları, sektorun tələb etdiyi hesabat və sertifikat cədvəlləri.

Profil

Bir əmrlə quraşdırma

Profil lazım olan modul dəstini, menyuları və rolları birlikdə gətirir. Mağazaya istehsal modulları, zavoda kassa ekranı yüklənmir.

Hazır paketlər

Aşağıdakı iki paket real müəssisələr üçün qurulub və işləyir. Sizin sahəniz siyahıda yoxdursa, paket eyni sxemlə - nüvəyə toxunmadan - qurulur.

Paket 01

İstehsal (dəri zavodu) →

Xammaldan hazır məmulata qədər tam dövrə - partiya uçotu ilə.

  • Xammal qəbulu, çeşidləmə və emal partiyası
  • Sex planşetində mərhələ, dayanma və sayğac
  • Laboratoriya testləri və keyfiyyət qapısı
  • Məhsul vahidinə su, enerji və tullantı göstəriciləri
  • Sahə sertifikatı üçün bal cədvəli (LWG)
Paket 02

Pərakəndə (mağaza şəbəkəsi) →

Çox nöqtəli satış - istehsal modulları yüklənmədən.

  • Mağaza üzrə satış və istilik xəritəsi
  • Nöqtələr arası qalıq və tədarük siqnalı
  • Sadələşdirilmiş qəbul və inventarizasiya
  • Satış hunisi və ilk cavab müddəti
  • Maliyyə hesabatları və e-qaimə hazırlığı

Sahələr

Nüvə hamısında eynidir - fərq sahəyə xas ekranlarda və hesabatlardadır.

İstehsal

Dəri və ayaqqabı Tekstil və geyim Qida və içki Metal emalı Mebel Tikinti materialları Kimya və plastik

Ticarət

Mağaza şəbəkəsi Topdan satış və distribusiya Aptek şəbəkəsi Avtomobil ehtiyat hissələri Tikinti materialları satışı Elektronika və məişət texnikası

Xidmət və layihə

Tikinti və quraşdırma Mühəndislik və layihə Servis mərkəzi Texniki xidmət və təmizlik İT və avadanlıq dəstəyi Audit və konsaltinq

Tədarük və aqro

Nəqliyyat və logistika Anbar operatoru İdxal və gömrük brokerliyi Kənd təsərrüfatı və emal Quşçuluq və heyvandarlıq

Hazır paket nişanı olan sahələr üçün konfiqurasiya artıq qurulub və işləyir. Qalan sahələr eyni nüvə üzərində sifarişlə qurulur - nüvəyə, maliyyəyə və lokalizasiyaya toxunulmur, ona görə iş sıfırdan başlamır. Sahənizi bizə yazın - hansı hissənin hazır, hansının qurulmalı olduğunu birlikdə ayırırıq.

İnteqrasiyalar

Nə ilə işləyir - və hansı dərəcədə

Siyahı qısadır, çünki yalnız işləyənlər yazılıb. «Tezliklə» olan şeylər bura düşmür.

Avtomatik işləyir

CBAR məzənnəsi SSO / OIDC giriş E-poçt (SMTP) CSV / Excel ixracı Baza nüsxəsi (PostgreSQL)

Fayl ilə - əl ilə başladılır

Bank çıxarışının idxalı Açılış qalıqlarının idxalı Nomenklatura və kontragent idxalı

Hazırlıq var, göndərmə yoxdur

E-qaimə

Sistem qaiməni hazırlayır və rekvizit səhvlərini tutur, portala isə mühasib özü köçürür. Avtomatik mübadilə ayrıca razılaşdırılır.

Layihə işi ilə

1C-dən köçürmə Bank API-ləri Ödəniş sistemləri Onlayn mağaza

Bunlar hazır qutu deyil - konkret bankın və ya platformanın sənədinə görə qurulur və ayrıca qiymətləndirilir.

Tətbiq

Beş mərhələ, hər birinin sonunda yoxlama

Mərhələ təhvil verilmədən növbətisi başlamır - «yarımçıq qalmış ERP» buradan yaranır.

01

Kəşfiyyat

Sahə, iş axını, sənəd formaları və istifadəçi rolları yazılır.

02

Quraşdırma

Server, baza və uyğun profil qurulur, şirkət rekvizitləri yazılır.

03

Data köçürmə

Nomenklatura, kontragentlər, qalıqlar və açılış balansı köçürülür.

04

Təlim

Hər rol öz ekranı üzrə işləyir; sənədlər docs portalında qalır.

05

Canlı iş

Paralel ay, sonra tam keçid. Yedəkləmə və monitorinq qoşulur.

Qiymət

Üç paket, gizli xərc yoxdur

Lisenziya istifadəçi sayına görədir. Tətbiq və data köçürmə bir dəfəlik işdir, aylıq ödənişə qarışdırılmır.

Başlanğıc

Sorğu ilə10 istifadəçiyə qədər

  • Nüvə, interfeys və AZ lokalizasiyası
  • Maliyyə hesabatları və e-qaimə
  • Anbar və satış ekranları
  • Sənədlər portalına giriş
Qiymət al

Korporativ

Sorğu iləÇox şirkət, çox baza

  • Sektor paketinin hamısı
  • SSO (OIDC) və rol provisioning
  • Fərdi hesabat və inteqrasiyalar
  • Prioritet dəstək və SLA
Əlaqə saxla

Qiymət necə qurulur

Necə hesablanır

İstifadəçi sayı

Aylıq və ya illik lisenziya işləyən istifadəçi sayına görədir. Anbardar, satıcı və mühasib eyni sayılır - rol üzrə fərqli tarif yoxdur.

Bir dəfəlik

Tətbiq və köçürmə

Quraşdırma, sektor paketinin sazlanması, data köçürməsi və təlim ayrıca qiymətləndirilir. Bu, abunəyə yığılmır.

Daxildir

Yeniləmə və dəstək

Lisenziya müddətində buraxılışlar, təhlükəsizlik yenilənmələri və sənədlər portalı daxildir. SLA korporativ paketdə yazılı təsbit olunur.

Dürüstlük

Etmədiyimizi də yazırıq

Sayt konstruktoru, onlayn mağaza, forum, sosial şəbəkə marketinqi və IP telefoniya ERPONA-da yoxdur. Bəziləri planda deyil, bəziləri hələ növbə gözləyir - hansının hansı olduğu açıq yazılıb.

Alıcının vaxtını ən çox yeyən cavab «bəli, onu da edirik»dir; o, tətbiq mərhələsində üzə çıxır və orada bahalı olur.

Nə yoxdur - tam siyahı Abunəsiz gələn on bir imkan →

Tez-tez verilən suallar

Alıcının ilk on sualı

Qiymət nə qədərdir?

Lisenziya istifadəçi sayına görədir, tətbiq və data köçürmə isə bir dəfəlik işdir - ikisi aylıq ödənişə qarışdırılmır. Dəqiq məbləğ istifadəçi sayından və sektor paketinin lazım olub-olmamasından asılıdır; sorğuya bir iş günü ərzində yazılı təklif göndərilir.

Məlumat harada saxlanılır?

Sistem sizin serverinizdə və ya bizim idarə etdiyimiz serverdə işləyə bilər. Hər iki halda baza sizindir: istənilən vaxt tam nüsxəsi (PostgreSQL dump + fayl anbarı) verilir. Bulud məcburiyyəti yoxdur.

1C-dən və ya Excel-dən köçürmək olarmı?

Bəli. Tətbiqin üçüncü mərhələsi məhz budur: nomenklatura, kontragentlər, qalıqlar və açılış balansı köçürülür. Mənbə 1C, Excel və ya başqa sistem ola bilər. Köçürmədən sonra qalıqlar köhnə sistemlə üzləşdirilir - fərq qalıbsa, canlı işə keçilmir.

E-qaimə ilə necə işləyir?

Sistem fakturanı e-qaiməyə hazırlayır: VÖEN, məbləğ, ƏDV və nömrə uçotunu yoxlayır, çatışmayan məlumatı siyahıda göstərir. Bu, hazırlıq və uçot təbəqəsidir - portalla avtomatik mübadilə ayrıca razılaşdırılır.

Tətbiq nə qədər çəkir?

Beş mərhələ var və hər birinin sonunda yoxlama olur. Müddət şirkətin ölçüsündən və köçürüləcək datanın vəziyyətindən asılıdır; adətən ən uzun mərhələ data köçürməsidir. Kəşfiyyat mərhələsindən sonra konkret qrafik verilir - əvvəlcədən deyilən müddət təxmindir.

İnternet kəsiləndə iş dayanırmı?

Sistem serverdə işləyir, istifadəçi brauzerdən girir. Server şirkətin öz şəbəkəsindədirsə, internet kəsiləndə daxili iş davam edir. Server bizdədirsə, internet lazımdır - ona görə anbar və sex kimi kritik nöqtələr üçün yerli quraşdırma tövsiyə olunur.

Öz hesabatımı özüm qura bilərəmmi?

Bəli. Hesabat konstruktoru (1C СКД analoqu) ilə istifadəçi öz kəsimini qurur, saxlayır və təkrar açır. Hər yeni sorğu üçün proqramçı gözlənilmir.

Neçə dildə işləyir?

İnterfeys üç dildədir: Azərbaycan, ingilis, rus. Dil hər istifadəçi üçün ayrıca seçilir - anbardar azərbaycanca, xarici alıcı ingiliscə işləyə bilər. Sənədlər portalı Azərbaycan dilindədir.

Dəstək necə verilir?

Sənədlər portalı açıqdır və hər ekran üçün addım-addım təlimat docs.erpona.app-dadır - yəni sualların bir hissəsi dəstəyə çatmadan cavablanır. Qalanı üçün e-poçt və telefon dəstəyi var; SLA korporativ paketdə yazılı şəkildə təsbit olunur.

Sistemi almazdan əvvəl görmək olarmı?

Bəli, iki yolla. Birincisi: sənədlər portalı hər ekranı real görüntülərlə göstərir və açıqdır. İkincisi: demo sorğusu göndərsəniz, sahənizə uyğun nümayiş bazası hazırlanır və 30-40 dəqiqəlik nümayiş keçirilir. Üçüncüsü: 30 günlük sınaq bazası - sorğuda qeyd etmək kifayətdir.

Sualınız siyahıda yoxdursa - yazın, cavabı bura da əlavə edərik.

Demo sorğusu

Sistemi öz məlumatınızla görün

Formu doldurun - sahənizə və istifadəçi sayına uyğun demo bazası hazırlanır. Nümayiş 30-40 dəqiqə çəkir.

Göndərəndə poçt proqramınız açılır - məktubu yalnız siz göndərirsiniz.