ERPONA
Nüvə və interfeys

Sənədlər

Müqavilə, sertifikat və protokol aid olduğu qeydin yanında - versiyası, müzakirəsi və xarici paylaşımı ilə.

Problem

Sənəd ayrı sistemdə olanda itir

Sənədləri ayrıca platformada saxlamaq mümkündür və ilk baxışda daha güclü görünür. Amma ERP-də sənədin dəyəri onun QEYDLƏ əlaqəsindədir: bu protokol bu partiyaya, bu müqavilə bu müştəriyə aiddir.

Ayrı sistem həm də ikinci baza, ikinci yeniləmə, ikinci ehtiyat nüsxə və ikinci təhlükəsizlik yaması deməkdir. Kiçik komanda üçün bu, real risklərdir.

Ona görə sənədlər sistemin içindədir: icazələr onsuz da qeydə bağlıdır, yəni partiyanı görməyən adam onun protokolunu da görmür.

Necə işləyir

Sahə, versiya, paylaşım

Sənədlər sahələrə bölünür - müqavilələr, sertifikatlar, laboratoriya protokolları. Hər sənədin versiyası saxlanılır: kim, nə vaxt, nəyi əvəz etdi.

Kənar tərəflə paylaşmaq üçün müddəti və endirmə sayı məhdud keçid yaradılır - qarşı tərəfə sistemə giriş vermək lazım gəlmir.

Ekranlar

Modulun bölmələri

Sistemdə bu modul aşağıdakı bəndləri açır.

Sənədlər Sahələr Paylaşım keçidləri Etiketlər
Sual-cavab

Ən çox soruşulan

Vaxtı bitən sənəd xəbərdarlıq verirmi?

Bəli - müqavilə və sertifikatın bitmə tarixi izlənilir, vaxtı yaxınlaşanda siqnal düşür.

Paylaşım keçidini geri almaq olarmı?

Bəli, keçid istənilən vaxt bağlanır; endirmə sayı da məhdudlaşdırıla bilər.

Bu modulu öz məlumatınızla görün

Demo bazası real sənədlərlə doludur - maket deyil. Sorğu göndərin, sizin ssenarinizlə göstərək.