ERPONA
Hazır paket · İstehsal

Dəri zavodu üçün tam dövrə

Xam dəri qəbulundan hazır məmulata qədər - partiya uçotu ilə. Bu paket real müəssisə üçün qurulub və işləyir; bir əmrlə quraşdırılır və Azərbaycan uçotu ilə birlikdə gəlir.

24modul - profilə daxildir
1əmr - profil quraşdırması
9rol üçün ayrıca ekran
3dil: AZ / EN / RU
İstehsal axını

Hər mərhələ partiyaya bağlıdır

Zavodda ən bahalı itki izlənilməyən partiyadır: xammal daxil olur, nə qədər çıxdığı isə ayın sonunda təxmin edilir. Paket bu zənciri qeydlə bağlayır.

01

Xam dəri qəbulu

Alış, say, çəki və təchizatçı. Qəbul sənədi partiyanın başlanğıcıdır.

02

Çeşidləmə

Sort üzrə bölgü - sonrakı maya hesablamasının bazası budur.

03

Emal partiyası

Resept, sərf normaları və faktiki sərf. Kənarlaşma dərhal görünür.

04

Sex mərhələləri

Planşetdə mərhələ, dayanma səbəbi və sayğac. Usta əl ilə jurnal yazmır.

05

Laboratoriya

Test nəticələri və hədlər. Keyfiyyət qapısından keçməyən partiya buraxılmır.

Paketə nə daxildir

Sahəyə xas hissə + universal nüvə

Profil bir əmrlə quraşdırılır və lazım olan modul dəstini, menyuları və rolları birlikdə gətirir.

Sahəyə xas

Dəri sektoru Sex tətbiqi Laboratoriya Ekologiya və LWG Avadanlığın təmiri Planlaşdırma

Uçot və maliyyə

AZ lokalizasiyası Maliyyə hesabatları Əsas vəsaitlər E-qaimə hazırlığı Əmək haqqı (AZ) Maliyyə və portfel

Xarici bazar

İxrac kanalları Gömrük və idxal Tender monitorinqi Sorğular və satış hunisi

Anbar, kadr, sənəd

Anbar görünüşləri Kadr və təhlükəsizlik Sənədlər Vahid giriş (SSO)
Rollar

Hər kəs yalnız öz ekranını görür

Sex ustası maliyyə hesabatını, satıcı isə reseptləri görmür. Rol dəsti profil ilə birlikdə gəlir və hər rol üçün ayrıca sənəd var.

Sex

Sex ustası

Planşet ekranı: mərhələ, dayanma, sayğac. Kağız jurnal aradan qalxır.

Lab

Laborant

Test nəticələri, hədlər və keyfiyyət qapısı.

Anbar

Anbardar

Sadələşdirilmiş qəbul, buraxılış və inventarizasiya.

Satış

Satış meneceri

Sorğu hunisi, ilk cavab müddəti, ixrac kanalları.

Rəhbər

Rəhbər

İcmal ekranı: göstəricilər, siqnallar və «bu gün nə etməli» siyahısı.

Növbəti addım

Sahəniz dəri deyilsə də, sxem eynidir

Nüvə bütün sahələrdə eynidir - fərq yalnız sahəyə xas ekranlardadır. Sizin sahəniz üçün paket eyni qayda ilə, nüvəyə toxunmadan qurulur.