Təsdiq zəncirləri - necə işləyir
Endirim səlahiyyəti rola bağlıdır: satıcının həddi, menecerin həddi, direktorun həddi. Hədd aşılanda sənəd təsdiqlənmir - xəbərdarlıq deyil, blokdur (rejim seçilir).
Satınalmada ikinci imza var: təyin olunan məbləğdən yuxarı sifariş direktor təsdiqi olmadan təchizatçıya getmir.
Ay bağlanışı kilidlə bitir: dövr bağlananda keçmiş tarixə yazılış qapanır və kilidi açmaq ayrıca hərəkətdir - izi qalır.
Fərq bizim tərəfimizdədir
Hər təsdiq və hər buraxılış sənədin öz yazışmasında iz qoyur: kim, nə vaxt, hansı səbəblə.
Maliyyə və portfel
Kassa, avans, xərc sorğusu, büdcə, valyuta, dövr bağlanışı və sifariş portfeli - maliyyəçinin gündəlik işi bir bölmədə.
Satınalma (AZ)
Sifariş, qəbul və faktura bir-birini yoxlayır; təchizatçının VÖEN-i, alış aktı və nağd hədd sənəd yazılmamışdan əvvəl işə düşür.
Nüvə
Bütün modulların dayandığı təməl: hədəflər, siqnallar, göstərici anbarı və icazə qrupları - heç bir sahəyə bağlı olmadan.
Öz məlumatınızla görün
Demo bazası real sənədlərlə doludur - maket deyil. Sorğu göndərin, sizin ssenarinizlə göstərək.